31 mart 2025 17:16
216

Qubalı tarixçi: XX əsrdə soyqırımı azərbaycanlılara qarşı iki dəfə  keçirilib

31 Mart dünya azərbaycanlılarının soyqırımı günü ilə bağlı Quba şəhərində Quba Soyqırımı Memorial Kompleksini ziyarət etməyə yüzlərlə insan gəlib. Ziyarətçilər yerli əhali ilə yanaşı respublikanın və dünyanın müxtəlif ölkələrindən gələnlərdən ibarət olub. 
1918-ci ilin mart ayında Erməni-bolşevik silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının ərazisində yerli əhaliyə qarşı kütləvi qırğın- soyqırımı həyata keçirilib.  Ölkənin böyük ərazisini əhatə edən soyqırımı minlərlə insan tələfatı ilə nəticələnib. Təkcə Quba qəzasında 16000 nəfər insan bu qətliamın qurbanı olub. 

Soyqırımı barədə Quba Soyqırımı Memorial Kompleksini ziyarət etməyə gələn qubalı tarixçi Anar Murtuzov belə soyqırımının azərbaycanlılara qarşı  XX əsrdə bir dəfə deyil, əslində iki dəfə keçirildiyini bildirib. Birinci dəfə əsrin əvvəllərində keçirilən soyqırımın 1992-ci ildə Xocalıda yenidən təkrarladığını bildirib. Hər il 31 Mart tarixində Azərbaycan xalqı 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən törədilmiş qanlı qətliamları anır. Tarixi sənədlərə və rəsmi mənbələrə əsasən, 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində – Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda minlərlə dinc azərbaycanlı milliyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilib. Hadisələr “Daşnaksütyun” partiyasının rəhbərliyi ilə Bakı Soveti və erməni silahlı birləşmələrinin birgə fəaliyyəti nəticəsində baş verib. Şamaxıda 8 mindən çox, Qubada isə 16 mindən artıq insanın öldürüldüyü, yüzlərlə kəndin yandırıldığı rəsmi faktlarla sübut olunub. Bu faciə, 1998-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə “Azərbaycanlıların Soyqırımı Günü” kimi rəsmiləşdirilib, tarixin səhifələrinə yenidən həkk olunub. 
Soyqırımı qayıdacaqlarının xatirəsini anmaq üçün hər il Quba şəhərində yerləşən Quba Soyqırımı Memorial Kompleksini ziyarət etməyə yüzlərlə insan gəlir. 

Aydın Adıgözəlov,
Quba, "İki sahil" üçün