Şəmkirdə ildırım vurduğu deyilən kişinin ürəktutması nəticəsində öldüyü məlum olub.
Şəmkir rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, meyitdə hansısa iz aşkarlanmayıb.
Belə ki, 1969-cu il təvəllüdlü Faiq Bağırovun ölüm səbəbi ürəktutması olub.
***
Şəmkir sakinini ildırım vuraraq öldürüb.
Hadisə Bayramlı kəndində qeydə alınıb.
Kənd sakini 1969-cu il təvəllüdlü F. Bağırovu ildırım vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma başlanılıb.
"Report"