31 mart 2025 20:02
192

Məmmədli kəndində maşın yanıb

Abşeron rayonu, Məmmədli kəndi ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb, xəsarət alan olmayıb.