01 aprel 2025 10:17
186

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarının hakim təyinatları açıqlandı

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarını FIFA referiləri idarə edəcəklər.

“İki sahil” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Araz-Naxçıvan" - "Qarabağ" matçı Elçin Məsiyevə, "Neftçi" - "Sabah" görüşü Əliyar Ağayevə tapşırılıb.

Azərbaycan Kuboku,

Yarımfinal mərhələsi ilk oyunlar

2 aprel

17:00. “Araz-Naxçıvan” – “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

VAR: Nicat İsmayıllı

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Anar Salmanov

Liv Bona Dea Arena

19:30. “Neftçi” – “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov

VAR: Rauf Allahverdiyev

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Ömər Paşayev

Neftçi Arena