01 aprel 2025 10:06
199

Texniki səbəblərdən gecikən Bakı-Naxçıvan reysi yola düşüb

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin texniki səbəblərdən gecikən Bakı-Naxçıvan istiqamətində J2-261 nömrəli reysinin sərnişinləri başqa təyyarə ilə yola salınıb.

AZAL-dan "İki sahil"ə verilən məlumata görə, təyyarə yerli vaxtla saat 09.15-də Naxçıvana yola düşüb.