01 aprel 2025 11:03
142

Salyanda narkotiklərin satışı ilə məşğul olan şəxs həbs edilib

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Bəhruz Həsənov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "İki sahil"ə verilən məlumata görə, ondan 6 kiloqram marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, B.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.