01 aprel 2025 11:39
132

15 yaşlı gürcü “Yuventus”un maraq dairəsinə düşüb

“Kolxeti” klubunun yarımmüdafiəçisi Andria Bartişvili karyerasını İtaliyada davam etdirə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalist Nikola Skira məlumat yayıb.

Bildirilir ki, 15 yaşlı gürcü futbolçuya “Yuventus” maraq göstərir. Turin klubu Bartişvilini yeni Xviça Kvaratsxeliya kimi görür.

Bartişvili 2025-ci ilin yanvar ayından “Kolxeti”nin ikinci komandasında çıxış edir. O, bu mövsüm əsas komandada 1 oyun keçirib. Futbolçu həmçinin Gürcüstanın U-17 millisində 4 oyunda 2 qol vurub.