04 aprel 2025 13:56
187

Avropa İttifaqının ABŞ-a cavabı gömrük rüsumlarından kənara çıxa bilər

Avropa İttifaqının ABŞ tariflərinə cavabı gömrük rüsumlarından kənara çıxa bilər.

“İki sahil” xəbər verir ki, bunu Fransanın İqtisadiyyat naziri Erik Lombard RMC radiosunda deyib. 

"Biz faktiki olaraq gömrük rüsumlarından kənara çıxa biləcək cavab paketi üzərində işləyirik", - deyə, nazir bildirib. Onun sözlərinə görə, Avropa tərəfi ABŞ-ı danışıqlar masasına oturtmaq və balanslaşdırılmış razılığa gəlmək istəyir.

Nazir qeyd edib ki, cavab gömrük rüsumlarının tətbiqi Avropa iqtisadiyyatının artımının ləngiməsinə və inflyasiyanın artmasına səbəb ola bilər.