07 aprel 2025 12:02
142

Bu ilin birinci rübündə proaktiv qaydada 40 minə yaxın şəxsə müavinət və təqaüd təyin olunub

Bu ilin yanvar-mart ayları ərzində proaktiv qaydada 39 min 250-dən çox sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.

Bu barədə "İki sahil"ə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Müavinət və təqaüd təyin edilənlərin 54,28 faizini kişilər, 45,72 faizini isə qadınlar təşkil edib.