08 aprel 2025 14:24
186

Bu şirkətə istehsalı Çindən kənara çıxarmağa QADAĞA QOYULDU

Onlayn pərakəndə satış şirkəti olan "Shein"in Çindən kənara köçürmək planları ölkə hökumətinin qəzəbinə və müqavimətinə səbəb oldu.

“İki sahil” xəbər verir ki,  bu barədə "Bloomberg" öz mənbələrinə istinadla məlumat yayıb.

"Bloomberg"in qeyd etdiyi kimi Çin rəsmiləri ABŞ prezidenti Donald Trampın Çindən gələn mallara 34 faiz idxal rüsumunun tətbiqini elan etməmişdən əvvəl də yerli şirkətlərə istehsalı xaricə köçürməyi dayandırmağa çağırıb.

Agentliyin mənbələri iddia edir ki, Çin Ticarət Nazirliyi təkcə "Shein" ilə deyil, digər istehsalçılarla da əlaqə saxlayıb. Lakin "Bloomberg"in mənbələri "Şhein"dən başqa hansı şirkətə müraciət edildiyini dəqiqləşdirməyib.

Nə şirkət, nə də Çin Ticarət Nazirliyi Bloomberg-in məlumatını rəsmi şəkildə şərh etməyib.