08 aprel 2025 16:49
170

Naxçıvanda aprel ayının pensiya ödənişləri başa çatdırılıb

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının pensiya ödənişi başa çatdırılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Pensiyaçılar pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.