Bəzi Rusiya vətəndaşları məcburi hərbi xidmətdən azad olunacaqlar.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Bildirilir ki, güzəşt qondarma Donetsk və Luqansk "Respublikaları"nın hakimiyyət orqanlarının qərarı ilə 2014-cü ilin may ayından başlayaraq ən azı altı ay könüllü birləşmələrdə olan, eləcə də ən azı altı ay hərbi əməliyyatlarda iştirak edən ruslara şamil ediləcək.
RİA Novosti xəbər verir ki, müvafiq düzəlişlər Dövlət Dumasının plenar iclasında qəbul edilib.
Qanun layihəsinin müəllifləri parlamentin aşağı palatasının müdafiə komitəsinin sədri Andrey Kartapolovun rəhbərlik etdiyi deputatlar qrupu olub.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin kollec məzunlarının hərbi xidmətə çağırılması üçün xüsusi prosedurun müəyyən edilməsi barədə göstəriş verib.