08 aprel 2025 17:34
185

Sabah hava meteohəssas insanlarda narahatlıq yaradacaq

Sabah gözlənilən küləkli hava şəraiti meteohəssas insanlarda narahatlıq yaradacaq.

“İki sahil” xəbər verir ki,  bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin güclənməsi fonunda xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.