15 aprel 2025 13:15
138

Media əlaqələrinin də genişləndirilməsi vacibdir - İsmət Səttarov

Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) 11-ci Toplantısının Bakıda keçirilməsi olduqca qürurvericidir. Zəngin mədəniyyətə, tarixə, adət-ənənələrə malik bir çox ölkəni birləşdirən, eyni zamanda, müasir siyasətdə mühüm rol oynayan forumun Bakıda keçirilməsi bizim üçün böyük şərəf və böyük məsuliyyətdir.

“İki sahil” xəbər verir ki, bu fikirləri Audiovizual Şuranın sədri İsmət Səttarov aprelin 15-də Bakıda keçirilən BRAF-ın 11-ci Toplantısında çıxışı zamanı deyib.

O qeyd edib ki, forumun iştirakçı ölkələri arasında bir çox sahədə olan uğurlu əməkdaşlıqla yanaşı, media əlaqələrinin də genişləndirilməsi vacibdir: “Mən bu forumda iştirak edən bütün nümayəndə heyətlərinə və qonaqlara təşəkkür edirəm. Hesab edirəm ki, forum bizim tənzimləmə sahəsindəki əməkdaşlığımızı gücləndirməyə və onu yeni səviyyəyə çıxarmağa kömək edəcək”.