15 aprel 2025 13:55
137

Soyuq hava ilə bağlı istilik təminatı bir neçə gün daha davam edəcək - XƏBƏRİNİZ OLSUN

Soyuq hava şəraiti ilə əlaqədar olaraq “Azəristiliktəchizat” ASC-nin balansında olan qazanxanalar və istilik məntəqələri fəaliyyətini davam etdirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Məlumata əsasən, mövcud hava şəraiti nəzərə alınaraq istilik təminatı daha bir neçə gün davam etdiriləcək.