12 aprel 2023 21:22
724

Qazaxıstan telekanalı Heydər Əliyevin xatirəsinə həsr olunmuş film hazırlayıb VİDEO

Qazaxıstanın "Qazaqstan" telekanalı Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş film hazırlayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, film müasir Azərbaycanın memarı, görkəmli dövlət xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş layihə çərçivəsində hazırlanıb.

Film Qazaxıstanın və Azərbaycanın siyasətçilərinin, dövlət və ictimai xadimlərinin Heydər Əliyevlə bağlı xatirələrini əks etdirir. Çəkilişlər Astana, Aktau və Bakıda aparılıb.