15 noyabr 2024 18:58
151

Kiçik ada dövlətlərinin eşidilən səsi

Azərbaycan COP-29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb.

BMT-non iqlim dəyişikliyi konfransı 11-22 Noyabr 2024-cü il tarrixində Bakıda keçirilən 29-cu tədbirdir.

COP-29 Azərbaycanda keçirilməsi qərarı COP-28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Bu tədbir vasitəsilə Bakı iki həftə ərzində dünyanın müxtəlif ölkələrindən gələn qonaqlara ev sahibliyi edəcək. COP-un ilk tədbiri 1995-ci ilin Martında Berlində keçirilib. Cop-29 başladığı ilk gündən irəliyə doğru uğurlara imza atmaqda davam edir. Dünya ölkələri karbon krediti bazarı üçün BMT-nin yeni qaydalarını qəbul ediblər. Bu, ölkələrə iqlimlə bağlı öhdəliklərin yerinə yetirməyə kömək etmək üçün əsas addımlar.

Noyabrın 13-də Bakıda COP-29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SİDS) Sammiti keçirilib. Tədbiri Sammitin moderatoru, Millətlər Birliyi təşkilatının Baş Katibi Patrisiya Skotlent açdı: “İqlim dəyişikliyinin mənfi təsirinə xüsusən məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə həsr olunmuş bu cür mühüm müzakirədə iştirak etməyimə çox məmnunam. Biz iqlim dəyişikliyinin ən kəskin təsiri ilə üzləşən ölkələrin rəhbərlərini eşitmək şərəfinə nail olacağıq.

Sammitdə çixiş edən Prezident demişdir: Azərbaycan istənilən mütərəqqi prosesə uğur qazandıran dövlət kimi özünü təstəqləməyi bacarıb. Əlbəttə bu gərgin və mütəmadi əməyin nəticəsidir. Yəni Azərbaycan, bu təstiqləmə ilə prinsip etibari ilə, dünyanın dəyişmiş ölkədir. Təsəvvür edin, 1990-cı ildə yenicə müstəqilliyini qazanmış Vətənimiz məhrumiyyətlərlə üzləşmişdi. SSRİ adlı böyük iqtisadi “zəncirin qırılması” müttəfiq respublika Azərbaycanı çıxılmaz vəziyyətə salmışdı. Üstəlik Ermənistan təcavüzkarlığı var idi. Yəni 1991-ci ildən 1994-cü ilə kimi davamlı olaraq 30 ilə yaxın sürmüşdür. Nəhayət Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə Azərbaycan olduqca çətin və mürəkkəb şəraitdə tənəzzülün dərinləşməsinin qarşısını almış ölkədə özbaşınalığa son qoymuşdur. 1994-cü ildə “Əsrin müqaviləsi”-nin imzalanması sanki bir çayın axınının dəyişməsinə nail oldu.

Qətiyyətlə demək olar ki, böyük siyasət dühası beynəlxalq aləmi yaşadığımız Cənubi Qafqaz coğrafiyasına gətirmişdi. Dünyanın axınını dəyişmək məhz bu imiş. Bu gün Cənubi Qafqaz üzrə mürəkkəb oyunlar quran Qərb dünyası, ilk növbədə, bunu nəzərə almalı və malik olduğu statusda Azərbaycanın rolunu qiymətləndirməlidir. Amma təəssüf ki, əksini görürük.

Biz fəlakət qarşısında zəif olan bir çox ölkələrə qasırğa, zəlzələ və daşqınlar vaxtı yardım etmişik. Eyni zamanda su təchizat, qida təhlükəsizliyi ilə də dəstək olmuşuq. Ondan çox kiçik ada dövləti Azərbaycan Universitetlərində təhsil almaq üçün tələbə təqaüdü ilə yararlanıb.

Qoşulma Hərəkatında dörd illik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə o cümlədən, 20 kiçik ada dövlətlərinə maliyyə və hümanitar yardım göstərmişik. Bu ilin May ayında COP-la bağlı planları müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalinin rəhbərləri Azərbaycana səfər etdilər. Çox da məmnun oldular. Bu ilin Sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdu. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı. Bunun üçün biz 10mln ABŞ dolları məbləğində vəsait ayırdıq.

Bu gün Azərbaycan Avropaya açılan qapı rolunu oynayır. Azərbaycan bu ölkələr üçün həyat rolunu oynayır və bu həqiqətən belədir.

Hazırda dünyada qütbləşmə gedir. Belə bir vaxtda çağırışlara hazırıq deməsi dünyaya bir nümunədir. Bizim iqtisadi müharibəmiz 1994-cü ildə “Əsrin müqaviləsi” ilə həll edildi. Avropa, Amerika kimi dövlətlər Azərbaycana gəlməsi Azərbaycanı bütün dünyaya inandırdı.

Cənab İlham Əliyevin apardığı uğurlu siyasət və diplomatik gedişlər Azərbaycanı son bir ildə beynəlxalq miqyasda əsil söz və nüfuz sahibinə çevirib. Bu gün bütün dünya Liderləri və xalqların nümayəndələri 70 min insanın Azərbaycanda olması Azərbaycanın artan nüfuzunun beynəlxalq aləmdə yüksək mövqeyinin göstəricisidir.

COP-29 tədbiri Azərbaycanın gələcəyə dair mühüm mesajlar verir. Ən əsas məsələ isə bütün bunların beynəlxalq səviyyədə, güc mərkəzlərinin nüfuzlu təşkilatlar tərəfindən olunan dəstəkdir ki, o da COP-29-un timsalında özünü açıq şəkildə biruzə verməklə bundan sonra da bu amilin daha da güclənməsinə möhkəm əsaslar yaradır. İlham Əliyev öz çıxışında əsas bir məsələni də vurğuladı:” Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işimizə qarışmayın. Azərbaycan Qoşulma Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP-29 sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək.”

Ölkə Prezidentinin  bu alovlu çixişindan sonra BMT-nin Baş Katibi Antonio Qutereş inkişaf etməkdə olan kiçik ada dövlətlərinin böyük ədalətsizliklərlə üzləşdiyini, iqlim dəyişilmələrinin, artan qiymətlərin, COVİD-19 pandemiyasının bu ölkələrə ciddi ziyan vurduğunu, onların hökumətlərinin çətin vəziyyətdə olduqlarını vurğulayaraq dedi: “ Siz kiçik ada dövlətlərini nümayiş etdirirsiniz ki, iqlim ambisiyaları özünü necə biruzə verir. Siz cavab tədbirlərini görən ilk tərəfsiniz. Dünya sizi dəstəkləməli, ilk növbədə, temperatur artımı 1.5 dərəcədə saxlanılması üçün yorulmadan çalışmalıdır. Bu o deməkdir ki, 2030-cu ilə qədər qlobal atılmalar illik əsası 9 % azalacaq.”

Ptrisia Skotlend COP-29 çərçivəsində kiçik ada dövlətləri ilə bağlı xüsusi tədbirlərin təşkilinə görə prezident İ.Əliyevə təşəkkürünü bildirərək demişdir:” COP-29-a sədrlik edən tərəfin elan etdiyi iqlim maliyyə yerləşməsinə dair Fondun yaranması təşəbbüsü mənə böyük təəsürat bağışladı. Sizə dəstək verməyə hazırıq.”

BMT-nin Baş Katibi Antonio Quterreş diqqətə çatdırıb ki, yaranmasında heç bir rol oynamadıqları böhranın öhdəsindən gəlmək üçün kiçik ada dövlətlərinə dəstək göstərilməlidir. Bu məqsədlə də iqlim maliyyələşməsinin uğurla razılaşdırılması tələb olunur.

COP-un prezidenti, Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayev qeyd edib ki, son aylarda Antiqua və Barbudadan Barbabos və Tonqaya qədər çoxlu səfərlər edib və kiçik ada dövlətlərinin qarşılaşdığı çətinlikləri dərindən öyrənib razılıq əldə etmək üçün tərəflər dəfələrlə bir araya gətirilib və artıq bir sıra məsələlərdə irəliləyiş var. Nazir sonra qeyd edir ki, “Yardım göstərmək üçün çox çalışırıq, davamlılıq yaratmaq üçün hərtərəfli yanaşmalara ehtiyacımız var. İnanıram ki, COP-29 səsimizi ən yüksək səviyyələrə qaldıran konfransa çevriləcək. Biz COP-29-dan sonrakı dövrdə həqiqi tərəfdaşlıq qurmağı səbirsizliklə gözləyirik.

Antiqua və Barbudanın iqlim məsələləri üzrə səfiri Ruteta Kamaço Tomato Prezident İlham Əliyevə öz təşəkkürünü bildirərək onun bu xeyirxah təşəbbüsünü alqışladı. Kiçik ada dövlətlərinin bu mötəbər addıma çox böyük ehtiyaclar olduğunu qeyd etdi.

Sonda mən demək istəyirəm ki, kiçik məmləkətin böyük oğlu İlham Əliyev siz dövləti yaşatdınız, qütrətli etdiniz. Siz tarixdə öz əməllərinizlə yaşayacaqsınız. Qafqaz bölgəsində qazandığın zəfər dünya liderlərinin görüşünü yetirdin. Siz millətin adını tarixə yazdınız.

Nuriyyə Hüseynova,
254 №-li tam orta məktəbin İnformatika müəllimi