Tbilisidə etirazçılar Gürcüstan parlamentinin binasında yanğın törədiblər.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edilib ki, nümayişçilər bir neçə saat ərzində parlament binasına tərəf fişənglər atıb, həmçinin atəşfəşanlıq ediblər. Nəticədə fişənglərdən biri pəncərəyə uçub, bundan sonra orada yanğın başlayıb.
Yanğınsöndürənlərin parlamentin həyətində olub-olmaması və yanğının mənbəyinin aradan qaldırılması üçün tədbirlər görüb-görməmələri hələlik məlum deyil.
Məhərrəm Ağalaroğlu, “İki sahil”