16 mart 2025 16:21
86

Kiprlə bağlı qeyri-rəsmi toplantı keçiriləcək

Xarici işlər naziri Hakan Fidan sabah və martın 18-də Cenevrədə Kiprlə bağlı geniş tərkibli qeyri-rəsmi toplantıda iştirak edəcək.

İki sahil” xəbər verir ki, “TRT Haber”in Xarici İşlər Nazirliyindəki mənbələrindən əldə etdiyi məlumata görə, Kiprin gələcəyi ilə bağlı fikir mübadiləsi aparılması planlaşdırılan görüş heç bir halda keçmiş danışıqlar proseslərinin davamı və ya yeni danışıqlar prosesinin başlanğıcı deyil.

BMT-nin baş katibi Antonio Quterreşin himayəsi altında keçiriləcək toplantıda tərəfləri KKTC Prezidenti Ersin Tatar, Kipr Administrasiyasının (GCASC) lideri Nikos Xristodulides, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Yunanıstanın xarici işlər naziri Yorqo Gerapetritis və İngiltərənin Avropa və Şimali Amerika üzrə xarici işlər naziri Stiven Doughti iştirak edəcəklər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”