02 dekabr 2024 01:42
361

Müxalif qüvvələr Əsədin Hələbdəki iqamətgahına daxil olub - VİDEO

Suriyada irəliləməyə davam edən müxalif qüvvələr president Bəşər Əsədin Hələb şəhərindəki iqamətgahına daxil olub.

“İki sahil”in “Haber Global”a istinadən verdiyi məlumatına görə, müxalifət qüvvələri mobil telefonları ilə iqamətgahın içərisində görüntülər çəkib.

Suriyada müxaliflərlə Əsəd rejimi qüvvələri arasında toqquşmalar davam edir. Suriyada rejimə qarşı döyüşən müxalif döyüşçülər Hələb və İdlibdən sonra Tel Rifatın mərkəzinə daxil olub. Daha bir şəhər PKK/YPG terror təşkilatından təmizlənib. Ötən gün Hələbdə irəliləyən müxalifət qüvvələri bu gün Əsədin şəhərdəki iqamətgahına daxil olub.


Halep'te muhalifler Esad'ın evine girdi

Məhərrəm Ağalaroğlu, “İki sahil”