Misli Premyer Liqasında 23-cü turunda “Turan Tovuz” “Araz-Naxçıvan”ı qəbul edib.
“İki sahil”in məlumatına görə, yarışın 48-ci dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu İqor Ribeyro kobud oyuna görə, qırmızı vərəqə ilə cəzalanaraq komandasını azlıqda qoyub.
Müsabiqənin 86-cı dəqiqəsində Hayderson Hunun vurduğu isə oyunda yeganə olub.
Bununla da Tovuz təmsilçiləri cari mövsümdə ilk dəfə “Araz-Naxçıvan”a qalib gəliblər.
Misli Premyer Liqası
23-cü tur
16 fevral
16:00. “Turan Tovuz” 1-0 “Araz-Naxçıvan”
Qol: Hayderson Hu, 86 (1-0)
Qırmızı vərəqə: İqor Ribeyro, 48 ("Araz-Naxçıvan")
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rahil Ramazanov
Tovuz şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”