17 fevral 2025 17:31
249

Orxan Məmmədov: Yeni KOB evlərinin Şuşa və Gəncədə fəaliyyət göstərməsi planlaşdırılır - EKSKLÜZİV

Cari ildə KOB evlərinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Yeni KOB evlərinin Şuşa və Gəncə şəhərlərində fəaliyyət göstərməsi planlaşdırılır. Şuşada KOB evi Dövlət Xidmətləri Mərkəzində fəaliyyət göstərəcək. Ötən ilin iyul ayında cənab Prezident sözügedən mərkəzdə aparılmış təmir işləri ilə tanış olub. Orada 16 xidmət pəncərəsinin yaradılması hədəflənir. Ötən il “Bakı KOB evi”ndə istifadəyə verilmiş KOB gömrük anbarının fəaliyyətinin genişləndirilməsi və aktivliyinin artırılması istiqamətində işlər intensivləşdiriləcəkdir.

Bu fikirləri “İki sahil”ə müsahibəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Orxan Məmmədov qeyd edib ki, 2025-ci ildə yeni KOB klasterlərin yaradılması istiqamətində işlər aparılacaq, KOB-ların fəaliyyətində yaşıl və rəqəmsal texnologiyaların tətbiqi təşviq ediləcək.  Bu il KOB Model Müəssisənin imkanlarından daha geniş istifadə edilməsi, yeni model tətbiqləri ilə sahibkarlıq sahəsi üçün faydalılığının artırılması planlaşdırılır.

Orxan Məmmədovla tam müsahibəni buradan oxuya bilərsiniz.