17 fevral 2025 18:05
290

Hansı sahələr üzrə yeni təşviq mexanizmləri TƏTBİQ EDİLƏCƏK? - Orxan Məmmədov AÇIQLAYIR

KOBİA-nın hədəfi KOB-ların ÜDM-də, məşğulluqda və qeyri-neft ixracında payının artırılması, rəqabətqabiliyyətinin yüksəldilməsidir ki, qarşıdakı dövrdə də Agentliyin fəaliyyəti, dəstək və xidmətləri bu hədəflərin reallaşdırılmasına yönəldiləcəkdir. 2025-ci ildə qrant, daxili bazar araşdırması, “Startap” şəhadətnaməsi, “KOB klaster” şəhadətnaməsi, yerli və beynəlxalq sərgilərdə iştirak, iri ticarət şəbəkələrinə çıxış kimi mövcud dəstək mexanizmlərinin təmin edilməsi ilə yanaşı, bizneslərin ehtiyacları və mütərəqqi beynəlxalq təcrübələr nəzərə alınmaqla yeni təşviq alətlərinin yaradılması üzrə işlər davam etdiriləcək.

Bu fikirləri “İki sahil”ə müsahibəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

KOBİA sədri bildirib ki, "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" Qanundan irəli gələrək Nazirlər Kabinetinin 5 fevral 2024-cü il tarixli Qərarı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısı” təsdiq edilib. Sözügedən siyahı əsasında kənd təsərrüfatı, informasiya və rabitə, turizm, tikinti və nəqliyyat sektorları üzrə yeni təşviq mexanizmlərinin yaradılması istiqamətində tədbirlər görülür.  

Orxan Məmmədovla tam müsahibəni buradan oxuya bilərsiniz.

Orxan Vahidoğlu, “İki sahil”