18 fevral 2025 10:36
217

U-19 seçmə komandamız Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirəcək

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirəcək.

“İki sahil” xəbər verir ki, B Liqasının IV qrupunda yer alan yığma Şimali İrlandiya ilə üz-üzə gələcək.

Albaniyanın paytaxtı Tiranadakı “House of Football Natural Pitch” stadionunda təşkil olunacaq qarşılaşmanı rumıniyalı Roksana Rekorean idarə edəcək.

Matç Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.