18 fevral 2025 15:45
227

AZAL: Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin J2-8230 nömrəli Tbilisi-Bakı reysi texniki səbəblərdən gecikir.

“İki sahil” xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.

Məlumata görə, sərnişinlər aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

"AZAL üçün uçuşların təhlükəsizliyinin bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk. Yaxın saatlarda təyyarənin Bakıya yola düşməsi gözlənilir", - deyə aviaşirkət bəyan edib.