İki komanda tarixində ilk dəfə Azərbaycan Kubokunun yarımfinalında oynayacaq. Cari mövsümədək 1/4 final səddini adlaya bilməyən “Sabah” və “Araz-Naxçıvan” kubok tarixində ən yaxşı nəticələrinə imza atıb.
“İki sahil” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Qeyd edilib ki, bir mövsümdə iki klubun ilk yarımfinalına çıxması son 21 ilin rekordunun təkrarıdır. 2022/23 mövsümündə də indiki kimi 2 komanda ilkə imza atıb. Həmin vaxt “Səbail”lə “Turan Tovuz” fərqlənib.
Daha çox komandanın yarımfinala yeni ad olmasına sonuncu dəfə 2004/05 mövsümündə təsadüf olunub. Həmin vaxt “MKT-Araz”, “İnter” və “Xəzər Lənkəran” ilk dəfə yarımfinala adlayıb.