02 mart 2025 18:44
363

Avropa Ukraynaya yardımı artırmalıdır - Estoniyanın baş naziri

Vaşinqtonda ABŞ və Ukrayna prezidentləri arasında mübahisədən sonra Avropa daha fəal rol almalıdır.

İki sahil” ERR-ə istinadla xəbər verir ki, bunu Estoniyanın baş naziri Kristen Mixal deyib.

"Görüş son dərəcə pis keçdi. Amma bu, yalnız o deməkdir ki, Avropa Ukraynaya daha çox yardım etməlidir. Düşünmürəm ki, biz Qərbin müttəfiq məkanının dağılmasından danışa bilərik. Tramp və onun administrasiyası NATO-ya sadiqliklərini təsdiqləyiblər, onlar müttəfiqlərin müdafiəyə daha da çox sərmayə qoyacağını gözləyirlər”, - Kristen Mixal söyləyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”