ABŞ administrasiyası yaxşı başa düşür ki, Rusiya prezidenti Vladimir Putin danışıqlarda Vaşinqton üçün çətin tərəfdaş olacaq, lakin Ukrayna böhranının həllində Rusiyanın mövqeyini öyrənməyə cəhd etmək niyyətindədir.
“İki sahil” xəbər verir ki, bunu “ABC News”a müsahibəsində ABŞ dövlət katibi Marko Rubio deyib.
"Biz hamımız başa düşürük ki, Putin bu məsələdə asan danışıq aparan olmayacaq. Hamımız bunu başa düşürük, lakin biz, ümumiyyətlə, nəyisə etmək mümkün olub-olmadığını anlamaq üçün prosesə başlamalıyıq", - o deyib.
Rubion qeyd edib ki, ABŞ və Rusiya “üç ildir ki, danışmırlar”, lakin indi Vaşinqton böhranın həlli üçün mümkün sövdələşmədə Moskvanın mövqeyinin nə olduğunu öyrənmək niyyətindədir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”