02 mart 2025 22:42
284

Rubio: Avropalılar ABŞ-a Ukrayna münaqişəsini daha bir il uzatmağı təklif edirlər

Bir sıra Avropa ölkələrinin xarici işlər nazirləri ABŞ administrasiyasına Ukrayna böhranını ən azı bir il uzatmağı təklif ediblər.

İki sahil” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio “ABC News”a müsahibəsində deyib.

O qeyd edib ki, xarici tərəfdaşlar tez-tez Vaşinqtonu Moskva ilə dialoq qurmaq cəhdlərinə görə tənqid edirlər, lakin aydın alternativ təklif etmirlər: “Bunu hamıdan soruşmaq istərdim. Danışıqlar baş tutmasa, alternativ nədir? Yenə dörd il müharibə. ABŞ və Avropanın Ukraynadakı müharibəyə milyardlarla dollar xərcləməyə davam edəcəyi daha üç il. Bu alternativdirmi?"

“Görüşdüyüm hər bir xarici işlər nazirinə sual verdim: Bütün bunların necə olacağını təsəvvür etdiyinizi söyləyin. Onların çoxunun planı yoxdur", - deyən Rubionun sözlərinə görə, bəziləri müharibənin bitməsini bir il gecikdirməyi təklif edir, bundan sonra Rusiyanın danışıqlara hazır ola biləcəyini deyirlər: "Mənim üçün bu, çox yaxşı plan deyil və əlbəttə ki, komandasında işlədiyim prezidentin (Donald Trump) planı deyil".

Məhərrəm Ağalaroğlu, “İki sahil”