03 mart 2025 19:06
314

Azərbaycan Premyer Liqasında XXV tura start verilib

Futbol üzrə Misli Premyer Liqasında XXV tura start verilib.

“İki sahil” xəbər verir ki, açılış oyununda “Səbail” doğma meydanda “Şamaxı”nı qəbul edib.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 41-ci dəqiqədə Vasiliye Bakiç və 63-cü dəqiqədə Andrey Tirkoveanu vurublar.

Bu nəticədən sonra xallarını 24-ə çatdıran “Şamaxı” 7-ci pilləyə yüksəlib. “Səbail” isə 18 xalla sonuncu – 10-cu sırada qalıb.

Günün son oyununda “Qarabağ” “Sumqayıt”ın qonağı olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşacaq qarşılaşma saat 19:30-da başlayacaq.

Qeyd edək ki, XXV turun digər görüşləri martın 5-6-da keçiriləcək.