Misli Premyer Liqasının 25-ci turunda bu gün daha iki oyun keçiriləcək.
“İki sahil”in məlumatına görə, əvvəlcə “Turan Tovuz” öz meydanında “Zirə”ni qəbul edəcək. Hazırda Tovuz klubu 42 xalla dördüncü, paytaxt təmsilçisi isə 45 xalla ikinci pillədə qərarlaşıb.
Günün ikinci qarşılaşmasında “Sabah” “Araz-Naxçıvan”ı qəbul edəcək. Hazırda Naxçıvan klubu 45 xalla turnir cədvəlində üçüncü, paytaxt təmsilçisi isə 33 xalla beşincidir.
Qeyd edək ki, tura sabah keçiriləcək bir oyunla yekun vurulacaq.
Misli Premyer Liqası
26-cı tur
4 mart
17:30. “Turan Tovuz” - “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Vüsal Məmmədov
Tovuz şəhər stadionu
19:30. “Sabah” - “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
VAR: Tural Qurbanov
AVAR: Kamran Bayramov
“Bank Respublika Arena”
Məhərrəm Ağalaroğlu, “İki sahil”