04 mart 2025 10:11
288

Azərbaycan - Belarus oyununun yeri və saatı açıqlanıb

Futbol üzrə Azərbaycan millisinin Belarus yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri və başlama saatı müəyyənləşib.

“İki sahil” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda rəqibini martın 25-də “Bank Respublika Arena”da qəbul edəcək.

Qarşılaşma saat 21:45-də başlayacaq.