Rusiya müharibənin 1106-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 656 təyyarəsi, 283 helikopteri, 45 318 PUA-sı, 600 zenit-raket kompleksi, 21 989 tank və digər zirehli texnikası, 1 523 reaktiv yaylım atəş sistemi, 22 286 artilleriya və minaatanı, 32 455 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.