Ukrayna prezidenti Vladimir Zelenski hərbi büdcələrin sürətlə artırılması yollarını müzakirə etmək üçün Brüsseldə keçiriləcək Aİ liderlərinin fövqəladə sammitinə qatılacaq.
“İki sahil” Britaniyanın Sky News telekanalına istinadla xəbər verir ki, ABŞ-ın mövqeyi ilə bağlı narahatlıqlar və qeyri-müəyyənlik Avropanın müdafiə xərclərini artırmaq əzmini gücləndirib.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen 27 Aİ ölkəsinin liderlərinə ünvanladığı məktubda qeyd edib ki, Avropa təhlükə ilə üz-üzədir.
Telekanalın məlumatına görə, sammitdə maliyyə məsələləri, xüsusilə də bütün Aİ üçün müdafiə xərclərinin sürətlə artırılması və hava hücumundan müdafiəyə sərmayə qoyulması yolları müzakirə olunacaq.