07 mart 2025 12:53
242

Suriyanın bir vilayətində komendant saatı uzadılıb

Suriyanın Tartus vilayətində İctimai Təhlükəsizlik İdarəsi vilayətdə komendant saatının cümə günü yerli vaxtla saat 12:00-dək, yəni iki saat uzadılması barədə qərar qəbul edib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə "Al Watan" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bu tədbir ölkənin keçmiş prezidenti Bəşər Əsədin silahlı tərəfdarlarına qarşı əməliyyatların davam etməsi ilə əlaqədar vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib.

Tartusda cümə axşamı saat 22:00-dan cümə günü səhər saat 10:00-dək komendant saatının tətbiq edilməsi barədə bir gün əvvəl elan edilmişdi.