“Makronun nüvə silahının tətbiqi və müharibənin davam etdirilməsi ilə bağlı debatın açılmasının zəruriliyi ilə bağlı bəyanatı böyük faciəyə gətirib çıxaracaq”.
“İki sahil” EFE-yə istinadla xəbər verir ki, bunu Rusiya Dumasının spikeri Vyaçeslav Volodin “Telegram” kanalında yazıb.
Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə axşamı bildirib ki, nüvə silahına malik yeganə Avropa İttifaqı (Aİ) ölkəsi olan Fransanın yeni planları və aqressiv nüvə ritorikası Rusiya üçün təhlükədir: "Təcavüzkar olan bir nüvə dövləti var, ona görə də Avropa qanuni olaraq özü üçün nüvə silahından istifadənin qarşısının alınması məsələsini geniş mənada nəzərdən keçirməlidir".
Kreml Aİ-nin hərbiləşdirilməsinin Rusiyaya qarşı yönəldiyini pisləməklə yanaşı, Avropa güclərinin ABŞ-la gələcək strateji tərksilah danışıqlarına daxil edilməsini tələb edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov gündəlik mətbuat konfransında, Rusiya və ABŞ arasında tərksilah danışıqları ilə bağlı deyib ki, Avropa arsenallarını dialoqdan kənarlaşdırmaq mümkün deyil.
Məhərrəm Ağalaroğlu, “İki sahil”