Avropa nüvə təhlükəsizliyinə görə məsuliyyət tam olaraq Fransanın üzərinə düşə bilməz.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bunu Litvanın Baş naziri Gintautas Palutskas jurnalistlərə bildirib.
"NATO-nun nüvə doktrinasını "indi bunun fikrini Fransa çəkəcək" ifadəsi ilə əvəz etmək barədə iddialar son dərəcə məsuliyyətsiz və hətta təhlükəlidir", - o bildirib.
Litvanın Baş naziri qeyd edib ki, bu gün Avropanın arxalandığı NATO arsenalı, ABŞ arsenalı Fransanın imkanlarından on dəfə üstündür.
G.Palutskas hesab edir ki, Parisin təklifi xeyli maliyyə tələb edəcək.