11 mart 2025 16:22
193

ABŞ Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması ilə razı deyil?

Səudiyyə Ərəbistanında Ukrayna rəsmiləri ilə danışıqlar aparan ABŞ nümayəndə heyəti Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması ilə bağlı heç nə eşitmək istəmir.

“İki sahil” xəbər verir ki,  bu barədə Sky News-un müxbiri Aleks Rossi nümayəndə heyətinin nümayəndələrinin şəxsi bəyanatlarına istinadla məlumat verib.

“Görünür, ukraynalılar kifayət qədər ağrılı güzəştlərə getməli olacaqlar"- deyə mnəbə bildirib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bəyan etmişdi ki, ərazilər danışıqların predmeti deyil.