13 mart 2025 09:26
96

ABL-nin XVIII turu başlayır

Azərbaycan Basketbol Liqasında XVIII tura bu gün start veriləcək.

“İki sahil” xəbər verir ki, günün yeganə matçında "Lənkəran" "Quba" ilə üz-üzə gələcək.

Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunacaq qarşılaşma saat 14:00-da start götürəcək.

"Quba" B qrupunda 21 xalla beşinci, "Lənkəran" 20 xalla sonuncu - altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, tura martın 16-da yekun vurulacaq.