Martın 15-də Rumıniyanın Eferi-Nord şəhərində kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı start götürür.
“İki sahil” xəbər verir ki, 40 ölkədən 385 şahmatçı Dünya Kubokuna vəsiqə uğrunda mübarizəyə qoşulacaqlar. Azərbaycanın 13 şahmatçısı martın 15-26-sı aralığında təşkil olunan çempionatda mübarizə aparacaq.
Təmsilçilərimiz arasında Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) şahmatçısı Read Səmədov da yer alır. Ona və ölkəmizi təmsil edən bütün şahmatçılarımıza uğurlar arzulayırıq.
Qeyd edək ki, Avropa çempionatında yüksək nəticə göstərəcək şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaqlar. 11 turdan ibarət yarışın mükafat fondu 100 min avrodur.