13 mart 2025 15:34
88

Aİ nə sülh, nə də müharibə şəraitindədir - Kallas

Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bildirib ki, Avropa İttifaqı hazırda nə müharibə, nə də sülh şəraitindədir.

“İki sahil” xəbər verir ki,  bu barədə TASS məlumat yayıb.

"Biz hamımız narahatıq, çünki müharibə vəziyyətində deyilik, amma sülh şəraitində də deyilik", - deyə, TASS onun sözlərindən sitat gətirib.

Kallasın sözlərinə görə, Avropa hakimiyyəti müdafiə xərclərini artırmaq üçün qərarlar qəbul etməlidir.

O qeyd edib ki, Rusiya, İran, Şimali Koreya və Çin “birgə işləyir” və bu baxımdan Aİ ABŞ və digər tərəfdaşlarla münasibətləri gücləndirməlidir.