13 mart 2025 17:10
85

“Qaradağ” günəş elektrik stansiyası və meqalayihənin icra strategiyası barədə müzakirələr aparılıb

“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə “Masdar” Şirkətinin əməliyyat üzrə rəhbəri Abdulaziz Alobaidlinin başçılıq etdiyi nümayəndə heyətləri arasında görüş olub.

Bu barədə "İki sahil"ə “AzərEnerji”dən məlumat verilib.

Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər haqda fikir mübadiləsi edilib.

İstismarda olan “Qaradağ” günəş elektrik stansiyası və meqalayihənin icra strategiyası barədə müzakirələr aparılıb.