Energetika naziri Pərviz Şahbazov ilə XII Bakı Qlobal Forumu çərçivəsində ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan arasında görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycanın təşkilata üzv dövlətlər arasında enerji əməkdaşlığının inkişafına töhfə verən təşəbbüs və layihələrindən bəhs edilib. Bu aspektdə, İƏT regionu üçün Təmiz Enerji Mərkəzinin yaradılması və Mərkəz vasitəsilə həyata keçiriləcək təşəbbüslərin əhəmiyyətindən danışılıb. Təmiz Enerji Mərkəzinin Bakıda rəsmi açılışı üçün lazımi proseslərin sürətləndirilməsinin vacibliyi qeyd olunub. Həmçinin bu il Azərbaycanın İƏT-in sammitinə ev sahibliyi çərçivəsində enerji sahəsində keçiriləcək tədbirlər, “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” kimi regional layihələrlə təşkilat daxilində enerji tərəfdaşlığını təmin edən perspektivlər nəzərdən keçirilib.