Türkiyə Azərbaycan-Ermənistan münasibətlərində normallaşmanın tərəfdarıdır.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri, səfir Akif Çağatay Kılıç XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O həmçinin rəsmi Ankaranın regionda ədalətli və davamlı sülhün bərqərar olunmasında maraqlı olduğunu söyləyib:
“Türkiyə Cənubi Qafqaz regionunda insanların sülh şəraitində yaşaması üçün əlindən gələn hər şeyi etməyə hazırdır”.
Eyni zamanda nazir bildirib ki, Türkiyə Suriyadakı vəziyyəti də yaxından izləyir və bu ölkədə sabitliyin tam təmin olunmasına çalışır:
"Türkiyə Suriyada 13-14 ildir davam edən vətəndaş müharibəsinin başa çatması və insanların rifah içərisində yaşaması üçün əlindən gələni edib".