ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya-Ukrayna müharibəsindəki son vəziyyətlə bağlı açıqlamalar verib.
“İki sahil”in məlumatına görə, o, Tramp ilə Rusiya prezidenti Vladimir Putinin bu həftə danışacağını gözlədiyini bildirib.
ABŞ-ın danışıqlar qrupunun bu həftə Ukrayna və Rusiya tərəfləri ilə danışıqlar aparacağını qeyd edən Vitkoff, “Ümid edirəm ki, Rusiya-Ukrayna müharibəsinin sona çatmasında real irəliləyiş görəcəyik” - deyib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”