Bu gün Misli Premyer Liqasının 27-ci turunda “Turan Tovuz” “Sumqayıt”ı qəbul edib.
“İki sahil”in məlumatına görə, yarışın 8-ci dəqiqəsində Ayxan Hüseynov hesabı açsa da 17-ci dəqiqədə Ayxan Süleymanlı qonaqların bərabərlik qolunu vurub. 68-ci dəqiqədə isə Bobir Abdixolikov vurduğu qolla Sumqayıt təmsilçisini hesabda önə çıxarıb.
Yarış bu hesabla da başa çatıb.
Misli Premyer Liqası,
27-ci tur
16 mart
18:30. “Turan Tovuz” 1–2 “Sumqayıt”
Qollar: Ayxan Hüseynov (1-0), 8, Ayxan Süleymanlı, 17 (1-1), Bobir Abdixolikov, 68 (1-2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Kamal Umudlu
AVAR: Zöhrab Abbasov
Tovuz şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”