16 mart 2025 21:56
159

DEM Partiyanı AKP-yə dəyişən Bələdiyyə Məclisi üzvü atəşə tutuldu - VİDEO

Şanlıurfanın Birecik rayonunda Bələdiyyə Məclisi üzvünün maşını çarpaz atəşə tutulub.

İki sahil” İHA-ya istinadla xəbər verir ki, onlarla güllənin dəydiyi avtomobildə olan məclis üzvü xoşbəxtlikdən xəsarət almadan xilas olub.

Əldə edilən məlumata görə, hadisə gecə saatlarında Şanlıurfanın Birecik rayonunda baş verib.

Bildirilib ki, evinə gedən AK Partiya Bələdiyyə Məclis üzvü Mahmud Dirier məhəllə yaxınlığında yolun daşlarla bağlandığını görüb. Dirier maşını yavaşladıb və avtomat silahlardan çarpaz atəşə tutulub. Onlarla güllənin dəydiyi avtomobildə olan Dirier xoşbəxtlikdən xəsarət almadan xilas olarkən, təcavüzkarlar qaça biliblər. Hadisə yerinə gedən jandarma qrupları hücumu həyata keçirən şəxslərin tutulması üçün əməliyyata başlayıb.

Ötən il martın 31-də keçirilən yerli seçkilərdə DEM Partiyasından Bələdiyyə Məclisi üzvü seçilən Mahmut Dirier bələdiyyə sədri Mehmet Begitlə birlikdə istefa verərək AK Partiyaya üzv olub.

Hadisə ilə bağlı istintaq davam edir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”