Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atmasından və sülh müqaviləsinin razılaşdırılmasından məmnunuq.
“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts “X”dəki səhifəsində yazıb.
“Cənubi Qafqazda münaqişəyə son qoyulmalıdır. Mən bu həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin köməkçisi, cənab Hikmət Hacıyevlə danışdım.
Biz Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atmasından və sülh müqaviləsinin razılaşdırılmasından məmnunuq”, - Trampın müşaviri vurğulayıb.
Mayk Uolts qeyd edib ki, sülh sazişinin imzalanması yekunlaşmalıdır: “Regionun daha təhlükəsiz və firavan olması üçün birlikdə çalışmalıyıq.
Amerikanın Qızıl Dövrü dünyaya sülh və firavanlıq gətirəcək və bu baş verənə qədər biz işi dayandırmayacağıq”.