17 mart 2025 20:51
123

Dünya İqtisadi Forumu “4Sİ Akademiyası” barədə video yayımlayıb - VİDEO

Dünya İqtisadi Forumu İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) birgə layihəsi olan “4Sİ Akademiyası” ilə bağlı video yayımlayıb.

“İki sahil” xəbər verir ki,  videoda layihənin ölkədə rəqabətqabiliyyətli işçi qüvvəsinin formalaşdırılması və inkişafına xidmət etdiyi bildirilib. Vətəndaşların "Coursera" onlayn təhsil platformasında süni intellekt, data elmi, rəqəmsal transformasiya, əşyaların interneti və digər istiqamətlərdə ödənişsiz təlimlərdən yararlanması 4-cü sənaye inqilabı texnologiyalarına uyğun bilik və bacarıqlara sahib olmalarına şərait yaratdığı qeyd edilib.