17 mart 2025 22:38
105

Mövqelərimiz yenə atəşə tutuldu

Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Belə ki, martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.